preloader gif

Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 16% artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:00 25.10.2021

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 447,972 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-sentyabr aylarına nisbətən 11,5% çoxdur.

Ötən 9 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% artaraq 207,649 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 280,84 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,15% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 83,6% artaraq 92,652 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-sentyabr aylarında 64,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 28,1 manatdan 44,6 manata çatıb.



 

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET