Vergi Məcəlləsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.
Fins.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyə görə, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.
Mənbə: Fins.az