preloader gif

ASA-nın direktoru: Sığorta bazarı pandemiyanın təsirindən qismən yayına bilib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:26 14.07.2021

“Biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq cari ilin əvvəlindən 2021-ci illə bağlı proqnozumuzda da bildirmişdik ki, müxtəlif dövrlər üzrə yığımlarda qısamüddətli volatillik müşahidə edilə bilər, lakin il sonuna qədər hər hansı kəskin resessiyadan söhbət gedə bilməz”.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk aylarından etibarən dünyada və ölkəmizdə qeydə alınan COVID-19 pandemiyası müxtəlif sektor və seqmentlərə bu və ya digər formada öz neqativ təsirini göstərməkdədir.

O, qeyd edib ki, buna baxmayaraq, sığorta bazarı digər iqtisadi klassifikasiyalarla müqayisədə pandemiyanın daha genişmiqyaslı təsirindən qismən yayına bilib.

“Ötən il ərzində yerli sığorta bazarı iştirakçıları 728.6 milyon manat sığorta haqqı təmin edib. Bu da 2019-cu ilin hesabat göstəriciləri ilə müqayisədə 47.5 milyon manat çoxdur.

Analoji artımı sığorta ödənişlərində də görürük. Belə ki, 2020-ci il ərzində baş vermiş sığorta hadisələrinə görə 465.1 milyon manat, yəni 2019-cu illə müqayisədə 163.6 milyon daha çox sığorta ödənişi həyata keçirilib”.

E. Mirsalayev artıma səbəb olan bir neçə amillərdən də söz açıb.

“Bu istiqamətdə ilk olaraq Azərbaycan Mərkəzi Bankının maliyyə sektorunda pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı təsdiq edib həyata keçirdiyi Tədbirlər Planını misal göstərə bilərəm. Eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyası və yerli sığorta bazarı iştirakçılarının sığorta savadlılığının artırılması və təbliğatı ilə bağlı layihələrini davam etdirməsi də artım dinamikasının təmin olunmasına zəmin yaratdı. Burada xüsusi bir məqamı da vurğulamaq istəyirəm. Sərt karantin qaydaları təbii olaraq mövcud və potensial sığortaolunan müştəri ilə birbaşa ünsiyyəti məhdudlaşdırırdı. Buna baxmayaraq, bazarda sığorta satışları dayanmadı, çünki yerli sığorta bazarı iştirakçıları operativ olaraq onlayn satış strategiyalarını tətbiq etməyə başladılar ki, bazar böyüməsinin başlıca səbəblərindən biri də məhz bu oldu”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET