preloader gif

Azərbaycanın sığorta bazarının rəhbərləri bir araya gəldi - FOTO


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
15:22 05.07.2021

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ölkədə sığorta maarifləndirilməsi və təbliğatı ilə əlaqədar olaraq sığortaçılar arasında kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilir.

ASA-dan verilən məlumata görə, tədbir, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində layihələrin təşkil olunması ilə bağlı kommunikasiya strategiyasının müəyyənləşdirilməsi məqsədi ilə təşkil olunub.

Məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun rəhbərlikləri, eyni zamanda yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta və 1 təkrarsığorta şirkətinin sədrləri iştirak edirlər.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbirlə bağlı mediaya açıqlamasında bildirdi ki, müvafiq Memorandumla bağlı işlərə artıq başlanılıb:

“Əhalinin sığorta məlumatlılığının müəyyənləşdirilməsi ilə bağlı layihə çərçivəsində sistemli sorğular keçirildi və boşluqlar müəyyənləşdirildi. Bugünkü tədbirdə aparılacaq müzakirə nəticəsində növbəti mərhələdə sığorta ilə bağlı kütləvi tədbir və layihələrə intensiv şəkildə start veriləcək”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET