Sığorta və təkrarsığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

11:47 16.06.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrarsığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

Həmçinin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir

Mənbə: Fins.az