09:42 27.05.2021
“İcbari tibbi sığorta çərçivəsində çəpər əyriliyi xidməti xidmətlər zərfinə daxil edilib. Bununla bağlı tibbi göstəriş olarsa, bu xidmətdən icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilərsiniz”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.
O bildirib ki, əgər çəpər əyriliyi ilə bağlı şikayət təsdiqlənərsə, burun əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır: “Ancaq çəpər əyriliyinin sağlamlığa zərəri təsdiqlənmədiyi hallarda bu əməliyyat icbari tibbi sığorta xidməti çərçivəsində həyata keçirilmir. Çünki plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib”.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.