"Xalq Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

10:09 30.04.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

İyunun 14-də, saat 15:00-da "Xalq Həyat Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Xalq Həyat Sığorta"nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

Mənbə: Fins.az