Azərbaycanda daşınmaz əmlakın icbari sığortası kəskin artıb

15:36 27.04.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə 23,841 mln. manat həcmində sığorta haqqı yığıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu müddətdə eyni sığorta növü üzrə müştərilərə 450,1 min manat ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 33,6% artıb, ödənişlər isə 3,1 dəfə azalıb.

Qeyd edək ki, təkcə mart ayında sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə 7,518 mln. manat sığorta haqqı yığıb, 154,5 min. manat məbləğində ödəniş edib. Bu göstəricilər fevral ayı ilə müqayisədə müvafiq olaraq 10,9% və 15,2% azalıb.

 

 

Mənbə: Apa.az