12:43 26.04.2021
Kənd və qəsəbə tibb məntəqələrində çalışan həkimlərə hazırkı qaydalara görə 200 manat məbləğində sabit həvəsləndirici əlavələr nəzərdə tutulub.
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
O bildirib ki, orta və kiçik tibb heyəti üçün hazırda tədbirlər görülür:
“Yaxın zamanlarda onlar üçün də həvəsləndirici əlavələrin verilməsi nəzərdə tutulur. Qeyd edim ki, onların vahid tarif cədvəli üzrə vəzifə maaşları, staja görə əlavələr qalmaq şərti ilə söhbət həvəsləndirici əlavələrdən gedir”.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.