Azərbaycanda 4 sığorta şirkətinin xərcləri azalıb

10:59 21.04.2021

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.  

Fins.az xəbər verir ki, Renkinq-ə görə bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (48,5%), ən az azalma isə “Qala Həyat Sığorta”da (2,7%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1%) qeydə alınıb.
 

Mənbə: Fins.az