Sığorta şirkətlərinin xərclərində vəziyyət necə dəyişib?

11:21 20.04.2021

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 4-nün ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.  

Bunlar “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (48,5%), ən az azalma isə “Qala Həyat Sığorta”da (2,7%) qeydə alınıb.

Qalan 14 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta” ASC-də (2,9 dəfə), ən aşağı dinamika isə “Xalq Sığorta” ASC-də (1%) qeydə alınıb.

4 sığorta şirkətinin xərcləri 60 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün ötənilki xərcləri 60 milyon manatdan çox olub.

Bunlar “PAŞA Həyat Sığorta” (282,555 milyon manat), “PAŞA Sığorta” (148,055 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 80,183 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (67,646 milyon manat) ASC-dir.

Qalan 15 sığorta şirkətindən 9-nun xərcləri 13-34 milyon manat arasında, 4 şirkətin xərcləri 1-9 milyon manat arasında, 2 şirkətin xərcləri isə 1 milyon manatdan azdır.

 

Renkinq.az