İcbari dövlət sosial sığorta üzrə büdcə daxilolmaları 895 mln. manatı ötüb

10:45 09.04.2021

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri

Bu ilin I rübündə icbari dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 mln. manatdan artıq vəsait daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, bu, nəzərdə tutulandan 107 mln. manatı üstələyib.

"Əlavə daxilolmanın 75,1 mln. manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır", - nazir qeyd edib.
 

 

 

Mənbə: Apa.az