preloader gif

Azərbaycanda avtomobillərin könüllü sığortasının azalması davam edir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
11:27 01.04.2021

Bu ilin yanvar-fevral aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 13,848 mln. manat sığorta haqqı yığılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 9,809 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, illik müqayisədə sığorta yığımları 2,5% artıb, ödənişlər isə 21,4% azalıb.

Hesabat əsasən, cari ilin yanvar-fevral aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5,585 mln. min manat sığorta haqqı yığılıb, 1,680 mln. manat ödəniş edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,1% və 22,9% azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-fevral aylarında ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 160,445 mln. manat həcmində sığorta haqqı və  100,170 mln. manat həcmində ödəniş həyata keçirilib.

Bu illik müqayisədə 15,9% azdır və 2 dəfə çoxdur.

 

 

 

Mənbə: Apa.az

SIĞORTANI İNDİ ƏLDƏ ET