preloader gif

Azərbaycanda könüllü həyat sığortası bazarı böyüyüb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
09:30 28.01.2021

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları ərzində könüllü həyat sığortası üzrə 247 794 min manat haqq yığılıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Könüllü həyat sığortası üzrə yığımların həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14% artım qeydə alınıb.

Hesabata əsasən, sığorta haqlarının 205 342 min manatını həyatım yaşam sığortası, 43 130 min manatını həyatın ölüm halından sığortası, 844 min manatını əmək qabiliyyətinin sığortası və 479 min manatının sağalmaz xəstəliklərin sığortası əhatə edib.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətləri tərəfindən könüllü həyat sığortası üzrə cəmi 280 441 min manat sığorta ödənişi həyata keçirilib. Bu isə öz növbəsində əvvəlki ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin 2.3 dəfə artması deməkdir.

Bildirək ki, ödənişlərin 275 662 min manatı həyatın yaşam sığortası, 4 780 min manatı həyatın ölüm halından sığortası üzrə həyata keçirilib

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET