"Allianz Global Corporate Specialty" (AGCS) İllik Qlobal Biznes-Risk Barometrini açıqlayıb. Tədqiqata görə, COVID-19 pandemiyasının davam edəcəyi təqdirdə ehtimal olunan təhdidlər 2021-ci ildə də biznes üçün başlıca risk olaraq qalacaq.
Allianz-ın bu araşdırması 92 ölkədən olan CEO, risk meneceri, broker və sığorta mütəxəssisi daxil olmaqla 2769 mütəxəssisin fikirlərinə əsaslanır. Bu barədə Siqortaci məlumat yayıb.
Sorğuda iştirak edən respondentlərin 41%-i pandemiyanı (40%) və kiber-hadisələri (40%) 2021-ci ildə biznes mühitinin qarşılaşacağı başlıca risklər kimi dəyərləndirib.
Təəccüblü deyil ki, yeni peyvəndlərə baxmayaraq virus mutasiyaya uğrayır və hökumətlərin haqlı məhdudiyyətləri fonunda COVID-19 ilə mübarizə davam etdiyi üçün pandemiya riskləri 2021-ci ildə də liderdir.
Sorğu iştirakçılarının cavablarına görə, təbii fəlakətlər, partlayış və yanğınlar da biznes üçün 2021-ci ildə başlıca risk ola bilər.
Sorğu nəticəsində biznes üçün 2021-ci ilə görə müəyyən olunan riskləri və onların risklilik səviyyələrini aşağıdakı cədvəldə diqqətinizə çatdırırıq:
Mənbə: Fins.az