"Bakı Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

09:12 13.01.2021

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı

"Bakı Sığorta" ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Bununla da, İSB-nin üzvü olan sığorta şirkətlərinin sayı 16-ya çatıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC-yə (51,29%), “Toyota Absheron Center” MMC-yə (9,38%), “Subaru Azərbaycan” MMC-yə (9,38%), “Yeni Motor” MMC-yə (9,38%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və “Ekolizinq” MMC-yə (6,68%) məxsusdur.

Mənbə: Report.az