4.5
PAŞA Sığorta
Cabbarova Ülviyyə Kərim qızı
000000
1400837161
M.Useynov 61, Sahil Plaza, Bakı, Azərbaycan
“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Qlobal reytinq agentliyi “S&P” “PAŞA Sığorta” ASC şirkətinin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.
Şirkət öz fəaliyyətini “ISO 10001:2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir. Şirkət Müştəri Məmnuniyyəti üzrə “ISO 10002: 2018” beynəlxalq sertifikata sahibdir.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Şirkət rəyləri
Mövzu: Test
Test
Status : Təsdiqlənib
10:13 10.09.2026
PAŞA Sığorta
Mövzu: Əmlak ödəniş
Çox rahat pulumu aldım, təşəkkür edirəm
Status : Təsdiqlənib
16:13 19.08.2026
PAŞA Sığorta
Mövzu: Şikayət
Paşa siğorta hamını aldadır. Əməkdaşları fırıldaqçılıq edir biri deyir hadisəniz qeydiyyata alınıb 1 ay sonra biri deyir alınmıyıb, biri deyir ödənişiniz 7 iş günü ərzində icra olunacaq, biridə deyir hələ başqa maşınlar var, biri deyir 5000 azn ümumi məbləğdi 3 maşına görə limiti keçir, ağlı olan paşa siğortaya güvənməz
Status : Yoxlanılır
17:05 05.06.2026
PAŞA Sığorta
Mövzu: Sığorta hadisəsi
Paşa sığorta eləməyin icbari əmlak sığorta ödənişinə min bəhanə gətirib ödənişi etmədilər.İstər avtomobil istər əmlak sığorta etməyin
Status : Yoxlanılır
17:33 26.05.2026
PAŞA Sığorta
Mövzu: Avto sığorta etmək olmur, sistem açılmır
Avto sığorta etmək olmur, sistem açılmır. Bəlkədə 2 mühərrikdən aşağıdır deyə. Neçə ildir belədir. Avto sığorta zəng xidməti mövcud deyil
Status : Yoxlanılır
22:18 04.05.2026
PAŞA Sığorta
Mövzu: Çox yaxşı
Çox yaxşı kömək edir çətinlik çəkmədin
Status : Təsdiqlənib
23:00 05.03.2026
PAŞA Sığorta
Mövzu: Yanlış məlumatlandırma
Əlaqə qurmaq mümkün deyil. Saytlarındakı nömrəyə zəng elədinsə, yarım saat xəttə gözləməlisən. Zənglər də pulludu. Əməkdaşlarına zəng edirsən, mesaj yazırsan cavab vermirlər. Söz soruşa biləcəyin adam yoxdur bir sözlə. Bilmirsən adamdılar, yoxsa süni intellekt. Saytda yazıblar ki, "qurumlarda təmsilçilik etibarnaməsi" əsasında ödənişi başqası ala bilər, amma etibarnaməni verəndə deyirlər ki, burda yazılmayıb ki, pulu ala bilərsən. Etibarnamənin də qiyməti 49 manatdı. Siçan-pişik oynayırlar bir sözlə. Saytdan onlayn eləmək olduğuna görə son 10 ildə sığortamı bunlarda elətdirirdim. Bu il ilk dəfə işim düşdü, gördüm ki, 1 qəpiklik xidmətləri yoxdur.
Status : Təsdiqlənib
12:27 19.02.2026
PAŞA Sığorta
Mövzu: Sərfəlilik
Razı qaldım
Status : Təsdiqlənib
12:42 15.01.2026
PAŞA Sığorta