preloader gif

Azərbaycanda ən çox sığorta olunan sahələr


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

10:47 31.10.2019
2019-cu il yanvar-sentyabr ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin hesabatına baxsaq ən çox sığorta olunan sahə həyat sığortasıdır.
 
İlk üçlük isə aşağıdakı kimidir:
Birinci yer: Həyat sığortası.  İkinci yer: Əmlak sığortası.  Üçüncü yer: Avtonəqliyyat sığortası.
 
Sığorta eksperti İlkin İbrahimov həyat sığortasının birinci yerdə olmasının səbəblərini açıqlayıb.
 
“Bu növ sığorta məhsulu həm sığorta məhsulu kimi, həm də yığım əmanət məhsulu kimi olduğundan həm vətəndaşların marağındadır, həm də həyat sığortaları yaxşı gəlir əldə edirdi . Ölkəmizdə sığorta sektoru dinamik olduğundan demək istərdim ki, növbəti ildə bu məhsul da bu ilin əvvəlindən vergilər məcəlləsinə edilən dəyişiklikdən sonra azalmağa başladı. Çünki gələcəkdə vətəndaşlara ödəniləcək sosial müavinətləri 3-5 ildən bir götürmək şansı yaradırdı. Bu isə çox sərfəli idi. Lakin növbəti ildən daha çox sığorta haqqı İcbari Tibbi sığorta növündə yığılması proqnozlaşdırılır. Çünki bu məhsulun sığorta haqqı ən azı bütün ölkə böyü məcburi yığılacaq”.
 
Ekspert əlavə edir ki, avtonəqliyyat sığorta sahəsi isə ölkədə ən populyar sığorta məhsulu sayılır.