preloader gif

“Rəvan Sığorta” əmlaklarını satışa çıxarıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,revan sigorta, rəvan sığorta
18:10 12.08.2020

“Rəvan Sığorta” ASC mülkiyyətində olan bir neçə qeyri-yaşayış sahəsini satışa çıxarıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, "Rəvan Sığorta" Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 40 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (ilkin ödəniş 38 min manat, ƏDV xaric 665 780 manat), Koroğlu Rəhimov küçəsi 96/98 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ilkin ödəniş 8 min manat, qalan məbləğ 10 ay ərzində ödəmək şərti ilə 139,4 min manat) və Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ilkin ödəniş 16 min manat, 265 230 manata) Qasımova Nigar Vəzirxan qızına satılması və “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%-ni təşkil edən payının (ilkin ödəniş 38 min manat, qalan məbləğ 10 ay ərzində ödənilmək şərti ilə) “Nurgun Group” MMM-ə satılması haqqında qərar qəbul edib. 

Xatırladaq ki, "Rəvan Sığorta"nın bazarı tərk edəcəyi bildirilirdi. Bu məsələ şirkətin səhmdarlarının avqustun 10-da keçirilməsi planlaşdırılan ümumi yığıncağında müzakirə edilməli idi. 

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Mənbə: Report.az