preloader gif

“AzerGold”un sığorta işlərini 298 min manata “Qala Sığorta” həyata keçirəcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı,qala sığorta
11:22 12.08.2020

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti seçilib.

Banker.az xəbər verir ki, tenderdə nəcib metal tərkibli külçələrinin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanması xidmətinin satın alınması nəzərdə tutulub.

Tenderin ümumi məbləği 297 min 500 manatdır.

Bildirək ki, “Qala Sığorta” ASC 1999-cü ildə dövlət qeydiyyatına alınıb. Sığorta şirkətinin nizamnamə kapitalı 8050000 AZN-dir və qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur.

Onu da qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azəzrbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Mənbə: Banker.az