preloader gif

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
10:41 29.07.2020

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 6 ayda 1,341 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6,21 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 6 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Azsığorta” ASC-dədir.

Bu şirkətin yığımları 10,2% azalaraq 6,519 milyon manata düşüb. 

Mənbə: Renkinq.az