preloader gif

Azərbaycanda sığorta haqlarının böyük hissəsi bu şirkətlərin payına düşür


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
10:32 28.07.2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 400,959 milyon manat sığorta haqqının 312,825 milyon manatı və yaxud 78%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (132,82 milyon manat), "PAŞA Sığorta" (100,212 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 39,462 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (21,249 milyon manat) və "Qala Sığorta" (19,082 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (624 min manat) və "Bakı Sığorta” (729 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 1,358 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 86,776 milyon manat (21,6%) təşkil edib.

Mənbə: Fins.az