preloader gif

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 15% azalıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
18:08 24.07.2020

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 40 167,8 min manat həcmində sığorta haqqı yığılıb.

Fins.az xəbər verir ki, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 25 303,3 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər isə 15,6% azalıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 21 143 min manat yığım, 6 069 min manat həcmində ödəniş həyata keçirilib.

Bu da, öz növbəsində, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,8% və 8,1% artım deməkdir.

Mənbə: Fins.az