preloader gif

Pandemiya sığorta şirkətlərinə necə təsir edib?- Təhlil


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
15:10 24.07.2020

Azərbaycanda sığorta bazarı üzrə birinci yarım ilin nəticələri açıqlanıb. “MediaPost”un məlumatına görə, 2020-ci ilin yanvar-iyun ayları üzrə ümumi yığımların həcmi 11% artaraq 400,959 milyon manat təşkil edib.  Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 184,843 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2% çoxdur. 

Ən çox sığorta haqqı toplayan (132,820 milyon manat) və sığorta ödənişi edən(91,595 milyon manat) “PAŞA Həyat” olub.

Ən az yığımlar və  ödənişlər isə “Naxçıvansığorta”nın payına düşüb. Sığorta şirkəti 624 min manat sığorta haqqı toplasa da cəmi 4 min manat ödəniş eidb.

 “Xalq Həyat” sığorta şirkəti isə 1,341 milyon manat yığım əldə etsə də, ödəniş etməyib. 

6 şirkətin yığımları azalıb

Pandemiya dövründə 15 sığorta şirkətinin yığımları artıb, 6 sığorta şirkətinin yığımları isə azalıb. Aprel ayından etibarən sığorta yığımlarını dayandıran “AXA MBask” şirkəti nəzərə almasaq, yığımları ən çox azalan şirkət “Atəşgah Sığorta” olub- 30%. Hesabat dövründə “AtaSığorta”nın 22%,"Rəvan Sığorta"nın 17%, “Meqa Sığorta” və “AzSığorta” yığımları isə 10% azalıb. 

11  şirkətin ödənişləri artıb, 10 şirkətin ödənişləri azalıb

Sığorta ödənişlərinin dinamikasına gəlincə, 11 sığorta şirkətinin ödənişləri artığı halda, 10 sığorta şirkətinin ödənişləri azalıb. Ödənişlərin dinamikasına görə bazarın lideri “PAŞA Həyat”dır -2,9 dəfə. Ən az artım isə 5% göstərici ilə “Qala Sığorta” və “A-Qroup Sığorta”da müşahidə olunur. 

Topladığı hər 100 manatdan 1 manatını ödəniş edib.

Sığorta şirkətlərinin zərərlilik göstəricisinə görə “A Qroup Sığorta” və “Atəşgah Həyat” (AXA MBASK-ın ödəniş-yığım nisbətinəzərə alınmazsa) liderdir. Hər iki şirkət 6 ay ərzində topladığı hər 100 manatdan 76 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb.

Zərərliyi ən aşağı olan şirkətlər isə “Naxçıvansığorta” və “Qala Sığorta” olub. “Qala Sığorta” topladığı hər 100 manatdan 8 manatını, “Naxçıvansığorta” isə cəmi 1 manatını sığorta ödənişlərinə xərcləyib.  

img

Sığorta bazarı üzrə statistika yanvar-iyun 2020

img

Sığorta şirkətləri üzrə zərərlilik 

Mənbə: MediaPost.az