preloader gif

“AtaSığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə maliyyə nəticələrini AÇIQLAYIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri
15:53 15.07.2020

“AtaSığorta” ASC 2020-ci ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. 

Şirkətdən verilən məlumata əsasən cari ilin yanvar-iyun ayları ərzində ümumi sığorta haqqı yığımları 7,3 milyon manat təşkil edib. 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta haqqı yığımları 2,1 milyon manat (22,3%) azalmışdır. “AtaSığorta” ASC 2020-ci ilin 6 ayı ərzində 4,8 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində azalma 2,4 milyon manat (32,9%) olub. 

Hesabat dövründə şirkətin xalis mənfəəti 591.840 manat olub. “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

“AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Şirkətin nizamnamə kapitalı 14,6 milyon manat təşkil edir.

Mənbə: Fins.az