preloader gif

“Ata Sığorta”nın Direktorlar Şurasına daha bir təyinat var


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sığorta, sigorta, sığorta yoxlanısı, sığorta yoxlanışı
10:04 14.07.2020

“Ata Sığorta” ASC-nin ali kollegial idarə orqanı Direktorlar Şurasında dəyişikliklər davam etməkdədir.

Bu barədə Banker.az-a daxil olan informasiyada qeyd edilir.

Sığorta şirkətinin Direktorlar Şurasında Fərid Zakir oğlu Hüseynov üzvlükdən kənarlaşıb. Onun yerinə, lisenziyası apreldə geri çağırılan “Ata Bank” ASC-nin sabiq sədr müavini Ağakərim Məlik-Aslanov təyin edilib. A.Məlik-Aslanov, 2019-cu ildə bu adıçəkilən banka sədr müavini gəlmişdi. Onun, Azərbaycan Mərkəzi Bankının sədr müşaviri olan Abdula Məlik-Aslanovun yaxın qohumu da olduğu bildirilir.

Həmçinin, Banker.az-ın ötən gün yaydığı xəbərdə isə həmin bankda sədr işləmiş Dəyanət Quliyev də “Ata Sığorta”nın Direktorlar Şurasına sədrilik edəcək.

Beləliklə, “AtaHoldinq” artıq sığorta biznesinə nəzarəti vaxtı ilə bankını (baxmayaraq ki, son illərdə “Synergy Group”da idi) idarə edəcək şəxslərə tapşırmalı olub.

Qeyd etməliyik ki, “Ata Sığorta”nın ali kollegial idarə orqanında bu il üçün artıq ikinci dəyişiklikdir. Bundan öncə Azərbaycan şirkəti “AzMont Investment”in Monteneqroadkı bankı “Nova Banka Podgorica” SC-nin satışından sonra, bu bankın Direktorlar Şurasından Rəşad Rəsullu və Rəşad Əliyevi üzvlükdən kənarlaşdırmışdılar. Bu kənarlaşmadan sonra bu şirkətə yaxın olan “Ata Sığorta”nın da eyni vəzifədə olan R.Rəsullu və R.Əliyev də üzvlükdən çıxarmışdılar.

Bundan əlavə, “Ata Sığorta”nın bütün bu dəyişiklərə baxmayaraq, İdarə Heyətində hər hansı bir dinamika müşahidə edilmir.

Mənbə: Banker.az