preloader gif

“Yelo Bank” sığortaçı seçir

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı 14:15 10.07.2020

“Yelo Bank” ASC Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 81K ünvanında yerləşən yeni baş ofisinin sığortalanması üçün açıq tender elan edib. 

"Report" bu barədə banka istinadən xəbər verir. 

Məlumata görə, iddiaçılar təkliflərini iyulun 17-si, saat 18:00-a qədər "Yelo Bank"ın Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında yerləşən baş ofisinə - Bankın İdarə Heyəti sədrinin adına "Kommersiya təklifi: Daşınmaz əmlakın sığortalanması - AÇMAQ OLMAZ" qeydi ilə möhürlənmiş zərfdə təqdim edə bilərlər. Bu üsuldan fərqli müsabiqə təklifləri nəzərə alınmır.

Əlavə suallarla bağlı procurement@yelo.az elektron poçt ünvanına yazmaq və yaxud (055) 202-28-82, (055) 207-99-73 telefon nömrələrinə zəng etmək olar. 

Mənbə: Report.az