preloader gif

Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat ödənilib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, baglanmıs banklar, kompensasiya ,AGBank, Amrah Bank, Atabank, NBC Bank"
13:18 07.07.2020

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin 11,3 min əmanətçisinə 1 iyun - 6 iyul tarixlərində 181,4 milyon manat kompensasiya ödəyib.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-lərin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir. 

Mənbə: Report.az