preloader gif

Ləğv prosesində olan banklarda qorunan əmanətlər üzrə 100 mln. manatdan çox kompensasiya ödənilib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sektoru, sığorta sektoru,
10:41 30.06.2020

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə "Kapital Bank" ASC və Azərbaycan Beynəlxalq Bankı ASC vasitəsilə 100,4 mln. manat kompensasiya ödəyib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, ləğv prosesində olan "Atabank" və "Amrahbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank"ın adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankın adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Qeyd olunur ki, "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Mənbə: Apa.az