preloader gif

Sığortada nizamnamə tələbi artırılacaqmı?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

22:31 08.04.2019 | 1042

Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi məlumata görə, hazırda qeyri-həyat sığortası  üzrə minimum kapital tələbi 5 mln. manat, həyat sığortası fəaliyyəti üzrə 10 mln. manat, təkrarsığorta fəaliyyəti üzrə isə 20 mln. manatdır. Palata hesab edir ki, hazırki vəziyyətdə sığortaçıların kapitallaşma səviyyəsi qənaətbəxş hesab edilə bilər.
Lakin qeyri-rəsmi məlumatlara əsasən, hazırda sığorta şirkətlərininin bəzilərində bu tələb belə özünü doğrultmur. Ümumilikdə sığorta fəaliyyəti üçün 5 milyon manatın o qədər yüksək məbləğ olmadığını nəzərə alsaq, bu vəsaitin belə tam şəkildə ödənilməməsi sektor üçün əlavə risklər yaradır. Buna görə də tənzimləyici orqan şirkətləri “maliyyə intizamı”nı bərpa etməyə çağırıb.
Qeyd edək ki, “Sığorta fəaliyyəti  haqqında” Qanunun  80.1-ci maddəsinə əsasən sığortaçı olmaq üçün nizamnamə kapitalına olan tələb məhz pul ilə ödənilməlidir. Çünki sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti birbaşa kapital dayanaqlığından asılıdır.