preloader gif

Məqalələr | Sığorta şirkətlərinə xarici müştəriləri ilə bağlı tələb qoyuldu!

post img 07:04 06.04.2019 | 624

Ölkələr arasında vergi ilə bağlı məlumatlandırma  Azərbaycanda sığorta sahəsinə də aid edilib.  Bununla bağlı “Sığorta fəaliyyəti haqqında” və “Vergilər Məcəlləsində” dəyişiklik edilib. Sığorta eksperti Mustafa Abbasbəyli Fins.az-a bildirib ki, söhbət yatırım növü kimi istifadə edilən həyatın yığım sığortası və (və ya) annuitet sığortasından gedir.  Belə ki, bu sığorta növləri üzrə fəaliyyət göstərən yerli sığorta şirkətləri xarici müştərilərin (xarici dövlətlərin hüquqi və fiziki şəxsləri) gəlirləri ilə bağlı həmin ölkədəki müvafiq orqana vasitəçi vasitəsiylə məlumat verəcək. Onun sözlərinə görə, yenilik Azərbaycanda xarici şirkətlərdə çalışan xarici işçilərə şamil edilmir: “Xarici şirkətlərin burada çalışan işçiləri yerli vergi ödəyiciləridir. Ona görə də yenilik yalnız Azərbaycana yatırım üçün gələn xarici vətəndaşlara aiddir”.

 Ekspert hesab edir ki, eyni qayda xaricdə yatırım edən Azərbaycan vətəndaşlarına da aid edilə bilər:“Bu xaricdə yatırım edən yerli fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi ilə bağlı bir məsələdir. Əgər Azərbaycanda xarici vətəndaşların gəlirləri ilə bağlı məlumatlar verilirsə, Azərbaycan da onun vətəndaşlarının gəlirləri ilə bağlı məlumatları digər ölkələrdən ala bilər. Bu ölkələr arasında qarşılıqlı ola məsələdir”.  

fins.az


Məqalələrə geri dönmək