preloader gif

Sığorta şirkətlərindən ADIF-ə transferlər – təyinat


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
15:09 06.11.2020

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. Akşın Cahangirov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib. Bu barədə Banker.az-a ADİF-dən bildirilir.

Akşın Cahangirov 1995-2001-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və maliyyə təhlili ixtisasını bakalavar və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

A.Cahangirov daha əvvəl həm özəl, həm də dövlət təşkilatlarında rəhbər vəzifələri tutmuşdur. Belə ki, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC, “Ata Sığorta” ASC kimi özəl şirkətlərdə və həmçinin, qiymətli kağızlar bazarının mərkəzi institutu olan “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi”ndə, Bütün Maliyyə Bazarlarına Nəzarət edən “Maliyyə Bazarlarına Nəzarət Palatası” PHŞ-in qeyri-həyat sığortasına nəzarət idarəsində və son təyinata qədər isə “Günay Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışmışdır.

ADİF həmçinin bildirir ki, Elnur Rzayev Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elnur Rzayev bundan əvvəl müxtəlif vəzifələrdə çalışmışdır. 2018-2020-ci illərdə “Aztexnika LTD MMC” – də İcraçı direktorun müavini – Maliyyə departamentinin direktoru vəzifəsində, 2020-ci ilin aprel ayından son təyinata qədər isə “AZSIĞORTA ASC”-də Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. Elnur Rzayev Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisasını bitirmişdir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET