preloader gif

Sığorta şirkətinin ləğvetmə balansının müzakirəsi gedəcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri
09:45 25.09.2020

Ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının 2020-ci ilin noyabrın 10-da ümumi yığıncağı keçiriləcək.

Banker.az-ın əldə etdiyi xəbərə görə, yığıncağın məqsədi sığorta şirkətinin ləğvetmə balansının müzakirəsi; maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına aid audit təşkilatının hesabatı və sair məsələlərə görədir.

Xatırladaq ki, “Başak-İnam Sığorta Şirkəti” 2017-ci ildə könüllü olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, ləğv edilməsini istəmişdir. Həmin vaxt səlahiyyət sahibi olan MBNP bu şirkətin lisenziyasını həmin ilin oktyabrında ləğv etməli olmuşdur.

“Başak İnam Sığorta” 1996-cı ildə yaradılmışdır. Onun nizamnamə kapitalı 7 mln. manat təşkil edirdi. Şirkətin səhmlərinin 24.24%-i “Zaminbank” ASC-yə, 7.14%-i “Turan Bank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0.34%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 15.83%-i Səbinə Akif qızı Həsənovaya, 15.21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8.09%-i isə digər 14 fiziki şəxsə məxsus idi.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET