preloader gif

Hüquqi şəxs və sahibkar fiziki şəxslərin əmlakla bağlı icbari məsuliyyət sığortası

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri,sigorta odenisleri, sığorta ödənişləri 14:40 21.09.2020

Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin hamıya məlum olan daşınmaz əmlakının icbari sığortası müqaviləsini bağlamaq öhdəliyi ilə yanaşı daha bir icbari sığorta öhdəlikləri var. Bu sığorta növü həmin əmlakın istismarı zamanı üçüncü şəxslərə dəyən zərəri qarşılayacaq. Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya – sığorta ödənişi verilməsi nəzərdə tutulur.


Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:

1) elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

2) qaz partlayışı;

3) elektrik naqillərində baş verən qısa qapanma;

4) su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

5) hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri

Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır.
İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir.

Göstərilən hadisələr nıticəsində bir fiziki şəxsin sağlamlığına görə 5000, ümumilikdə sağlamlıqla bağlı 50000 manat, əmlaka dəyən zərərə görə isə 50000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.

Mövzu çərçivəsində qeyd edək ki, bu sığorta növü iri ticarət mərkəzlərinin (Mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.

Yekunda isə qeyd edək ki, bu sığorta növünü aparmamağa görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Mənbə: Fins.az