İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) nəqliyyat vasitələrinin tam könüllü (KASKO) sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub və şirkətə 5,612 min manat ödəniləcək.Ötən il AZPROMO bu xidmətləri göstərmək üçün Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə 4,837 manat dəyərində müqavilə imzalayıb.