“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana reyslərin yerinə yetirilməsi üçün “Red Wings” aviaşirkətinə icazə verib.
"Fins.az" xəbər verir ki, “Rosaviasiya”nın qərarı ilə “Red Wings” Orenburqdan Bakıya həftədə 5 dəfə reys yerinə yetirmək üçün icazə əldə edib.
Bununla yanaşı, Federal Hava Nəqliyyatı Agentliyi qeyd edir ki, bu icazələrin verilməsi barədə qərar əmrdə göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün əsas və ya qərar deyil. İcazə - uçuşları bərpa edərkən istifadə edə biləcəyi aviaşirkətin hüququdur.
Mənbə: Fins.az