preloader gif

AZAL-da yoxlamalar aparılır? - AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:19 18.11.2022

Son günlər “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) korrupsiya yoxlamalarına başlanılması ilə bağlı iddialar yayılıb.

FED.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, yoxlamalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən aparılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. (Qafqazinfo)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET