Azərbaycanda ilk dəfə avtomobil yolunda dərə üzərində körpü inşa edilir

15:53 15.07.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir.

Mənbə: Fed.az