16:37 24.01.2022
Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti bu gün üçün İstanbul-Bakı (TK334) və Bakı-İstanbul (TK335) reyslərini ləğv edib.
Aviaşirkətdən "Report"a verilən məlumata görə, buna səbəb Türkiyədə hava şəraitinin uçuş üçün əlverişli olmamasıdır.
Qarşıdakı günlərdə nəzərdə tutulan aviareyslərlə bağlı isə heç bir dəyişiklik yoxdur. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.