12:45 21.01.2022
Dövlət Məşğulluq Agentliyi bir sıra vəzifələr üzrə işçi qəbulu elan edib.
Data təhlilçisi
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
Müxtəlif analitik üsul və vasitələrdən (Python, SQL, Qliksense, və s.) istifadə etməklə məlumatları əldə etmək, analiz etmək və vizuallaşdırmaq;
Problemlərin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozların və tövsiyələrin formalaşdırılması;
Tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması.
Vəzifənin tutulmasına dair tələblər:
“Python” proqramlaşdırma dilində məlumat təhlili təcrübəsi (Pandas, Matplotlib, Seaborn və s);
SQL üzrə qabaqcıl biliklər (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
Analitik tool-larla işləmək bacarığı;
Yüksək səviyyədə MS Excel biliyi;
Data təmizlənilməsi, tranformasiyası, modelləşdirilməsi bacarığı;
Biznes kəşfiyyatı və “Tableau” proqram təminatında minimum 2 il iş təcrübəsi.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Problem həlletmə bacarığı;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data təhlilçisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Data mühəndisi
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
Məlumat anbarının dizayn edilməsi;
ETL paketlərin yaradılması;
Məlumatlardakı anomaliyaların aradan qaldırılması;
Məlumat istifadəçilərindən daxil olan müraciətlərin araşdırılması və problemlərin həllində iştirak etmək.
Vəzifənin tutulmasına dair tələblər:
Məlumat anbarının (DWH) dizayn edilməsi əsasları;
Məlumat bazasının sxemləri ilə işləmək bacarığı;
ETL alətləri ilə minimum 2 il iş təcrübəsi (“Oracle Data Integrator” və ya “SQL Server Integration Services”);
RDBMS bilikləri (NoSQL və ya DMBS biliklərinin olması arzuolunandır);
Proqramlaşdırma təcrübəsi (“Python” proqramlaşdırma dilində təcrübə olması arzuolunandır);
XML, JSON, CSV və digər fayl formatlarında olan məlumatlarla işləmək bacarığı;
“Oracle” (12c/19c) məlumat bazasında iş təcrübəsi (Məlumat bazası üzrə sertifikatların olması arzuolunandır);
SQL, Transact SQL və NoSQL-də mürəkkəb sorğuların və skriptlərinin yaradılması və analizi bacarığı;
Qrup halında aparılan texniki proseslərin izlənilməsi və yaranan problemlərin birbaşa rəhbərə təqdim edilməsi.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Etibarlılıq, dürüstlük;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data mühəndisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Proqram təminatı mühəndisi və ya Full Stack Developer
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
Komanda şəklində tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması;
Proqram təminatının kodlarının təyin edilmiş standartlara və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;
Mövcud proqram təminatının təkmilləşdirilməsi, kod keyfiyyətinin yaxşılaşdırılması;
Digər sistemlərlə inteqrasiyanın həyata keçirilməsi
Veb servislərindən məlumatların əldə edilməsi və inteqrasiyası;
Qrup halında aparılan texniki proseslərin izlənilməsi və yaranan problemlərin birbaşa rəhbərə təqdim edilməsi.
Vəzifənin tutulmasına dair tələblər:
Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
Müvafiq sahəsədə ən az 2 il iş təcrübəsi;
Back-end bilikəri – Python/Java/Node.js;
Front-end bilikləri – Javascript (React və ya Vue), HTML5, CSS3 (Bootstrap və s), jQuery, Ajax;
Veb səhifələrdən məlumat toplama bilikləri (Web scraping) – Selenium, Beautiful Soup, Scrapy və ya Puppeteer (JS);
Databaza bilikləri - RDMBS (Oracle, PostgreSQL), NoSQL (MongoDB);
Versiya nəzarət sistemləri (Git) - GitLab/GitHub;
Nəzəri biliklər - System design, SOLID principles, Data Structures, Algorithms, ORM, OOP;
REST və SOAP veb servisləri haqqında biliklər;
XML, JSON, CSV və digər fayl formatlarında olan məlumatlarla işləmək bacarığı;
BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
Üstünlük təşkil edəcək biliklər – Linux, CI/CD (Jenkins və s.), Docker
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Etibarlılıq, dürüstlük;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Full Stack Developer” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Sistem inzibatçısı
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
Active Directory, Exchange serverlərinin idarə edilməsi, yenilənməsi, yaxşıladırılması;
Virtual mühitin iş rejiminə nəzarət, Vcenter, ESXi sistemlərin idarəsi;
Serverlərə yenilənmələrinin tətbiqi və nəzarət, Serverlərin monitorinqi;
Yeni sistemlərin qurulması layihələrinin idarəedilməsi, koordinasiya və xətaların araşdırılması;
Serverlərin ehtiyat nüsxələrinin çıxarılması, saxlanılması , bərpa edilməsi və nəzarət;
İstifadəçilərin sistemlə əlaqdər qarşılaşdığı xətaların araşdırılması;
Mövcud infrastruktur resurslarından istifadə edərək sistemlərin quraşdırılması və yeni versiyaların test edilməsi;
Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə problemlərin araşdırılması və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatların tərtib edilməsi;
Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək;
Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaların tərtib edilməsi;
Görülən işlərin maksimum avtomatlaşdırılması;
Təcili problem olduğu halda 24/7 sistemə qoşulub problemin həll olunması.
Vəzifənin tutulmasına dair tələblər:
Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;
İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması);
Server, Storage və Şəbəkə avadanlıqları (SAN-switch) ilə iş təcrübəsi;
UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi;
E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə;
Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə;
Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v);
Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Problem həlletmə bacarığı;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sistem inzibatçısı” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Data idarəçiliyi mütəxəssisi
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
Məlumat (data) aktivlərinin və metadataların keyfiyyət və məqsədə uyğunluğunun təmin edilməsi;
Məlumatların istifadəçilər üçün əlçatanlığının təmin edilməsi;
Məlumat istifadəçilərinin məlumatların müvafiq istifadəsi və təhlükəsizliyi istiqamətində maarifləndirilməsi;
Məlumat idarəçiliyi (data governance) üzrə prosedurların hazırlanması və tətbiqi;
Rəqəmsal layihələrdəki məlumat inteqrasiyalara nəzarətin edilməsi.
Vəzifənin tutulmasına dair tələblər:
Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
Təməl SQL bilikləri;
Məlumat anbarları və məlumat bazası konsepsiyaları haqqında biliklər;
Prosesin dizayn edilməsi, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə;
Təcrübələrin, siyasətlərin və prosedurların hazırlanması üzrə təcrübə.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Etibarlılıq, dürüstlük;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Data idarəçiliyi mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Şəbəkə inzibatçısı
Son tarix 20 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığının maksimum səviyyədə artırılması, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
Router, Switch və Fierwall-ların Agentliyin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
Şəbəkə problemlərinin müəyyən edilərək həll edilməsi;
Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqinin aparılması;
Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icra edilməsi.
Vəzifənin tutulmasına dair tələblər:
Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
Şəbəkələrin idarə olunması sahəsində ən az 3 il iş təcrübəsi;
“Microsoft Office” proqramları (yaxşı səviyyədə);
VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
Firewallarla iş təcrübəsi (Cisco ASA, Palo Alto);
Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
Cisco (Router, Switch və Fierwall, Volp) avadanlıqları üzrə konfiqurasiya, sazlanma və quraşdırılma üzrə iş təcrübəsi (CCNA/CCNP sertifikatı).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Məsuliyyətlilik;
Problem həlletmə bacarığı;
İnkişaf yönümlü və innovativlik;
Operativlik, çeviklik;
Təşəbbüskarlıq;
Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Şəbəkə inzibatçısı” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.