preloader gif

Qiymət, sərfiyyat, yoxsa prestij? – Azərbaycanda maşınları belə alırlar – ARAŞDIRMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:31 19.01.2022

Azərbaycanda insanların avtomobil alarkən seçimi necə etdiyi məlum olub.

FED.az xəbər verir ki, əhali (500-550 nəfər) arasında keçirilən sorğuda məlum olub ki, respondentlərin böyük əksəriyyəti yeni və ya az sürülmüş avtomobil almaq istəyir.

Sorğuda iştirak edənlərin 37%-i bildirib ki, ilk şəxsi avtomobil yeni olmalıdır. Cavab verənlərin 34%-i “Az yürüşlü işlənmiş avtomobil”, 10%-i “Çox yürüşlü işlənmiş avtomobil” variantını seçib. Sorğu iştirakçılarının 19%-i üçün bunun fərqi yoxdur.

Sorğuda i ştirak edənlərin yarıya qədəri (48%) avtomat sürət qutusuna üstünlük verir.

Ən maraqlı məqam alıcıların avtomobili hansı meyarlarla seçməsi, yəni avtomobil alanda hansı məqamlara diqqət yetirməsidir. Araşdırma göstərir ki, Azərbaycanda avtomobil seçərkən 90% hallarda iqtisadi məsələlər - maşının qiyməti yanacaq pulu əsas götürülür. Görünür, elə buna görə, hər 3 nəfərdən 2-si kiçik avtomobil almaq istəyir. İri avtomobilləri hər 4 nəfərdən yalnız biri istəyir.

Hər 4 nəfərdən biri maşını xarici görünüşünə, hər 5 nəfərdən biri təhlükəsizliyinə görə seçir. Maşının komfortlu olması da hər 4 nəfərdən birini maraqlandırır.

3 variant seçmək imkanına malik olan respondentlər «Avtomobil alarkən nəyə üstünlük verirsiniz?» sualına aşağıdakı kimi cavab veriblər:

·      Qiymətə – 48%;

·      Yanacaq sərfiyyatına – 41%;

·      İstehsal ilinə – 35%;

·      Xarici görünüşünə (rəng və s.) – 25%;

·      Komfortlu olmasına – 25%;

·      Texniki təchizatına – 23%;

·      Təhlükəsizlik baxımından etibarlılığına – 21%;

·      Mühərrikin gücünə – 21%;

·      Hansı ölkədə istehsal olunmasına – 15%;

·      Marka/modelin prestijli olmasına – 15%;

·      Usta məsləhətinə – 13%;

·      Sərnişin oturacaqlarının sayına – 3%;

·      Avtomobilim yoxdur – 33%.

Sorğuda avtomobili olanların 64%-i, yəni hər 3 nəfərdən 2-si avtomobili satış üzrə vasitəçilərin köməyi ilə əldə edib. Cavab verənlərin 21%-i maşını həmin şirkətin Azərbaycandakı ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 16%-i isə xarici ölkədən gətirdiyini bildirib. Başqa sözlə maşın alanlardan hər 5 nəfərdən yalnız 1-i rəsmi distrübitorlara üz tutur.

Sorğuda maşını olanların 56%-i bildirib ki, avtomobili öz vəsaiti hesabına, alıb. 37%-i maşını kreditlə, 6% lizinq yolu ilə aldığını söyləyib.

Respondentlərin 25%-i hesab edir ki, avtomobil 150-200 min km yürüş məsafəsindən sonra yenilənməlidir. Sorğu iştirakçılarının 25%-i “250 min km-dən çox”, 17,8%-i “100-150 min km”, 17,8%-i “200-250 min km”, 14,4%-i isə “100 min km” cavabını seçib.

Mənbə; Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET