11:08 17.01.2022
Qızılın qiymətində cüzi artım qeydə alınıb.
“Report” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,18%, yaxud 3,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 819,8 ABŞ dollarına satılıb.
İnvestorların əsas diqqəti Federal Ehtiyatlar Sisteminə (FES) yönəlib. FES-in artıq növbəti iclasında faiz dərəcəsinin artırılacağı gözlənilir.
Analitiklər hesab edirlər ki, FES rəhbəri Cerom Pauelin infilyasiya ilə bağlı son şərhləri faiz dərəcəsinin cüzi artırıla biləcəyindən xəbər verir. Bu isə qiymətli metalın bahalaşma imkanının olduğunu göstərir.
Mənbə: Report.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.