preloader gif

Azərbaycanda bəzi siqaretlər bahalaşdı – Aralarında yerli istehsal da var

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:36 14.01.2022

Azərbaycanda supermarketlərdə bir neçə siqaretlərin qiymətləri bahalaşıb. Bəzi markaların hər birində 10 qəpik bahalaşma var.

Banker.az-ın monitorinq qrupu bildirir ki, “Winston Xstyle Caster”in bir qutusunun qiyməti 3.40 manatdan 3.50 manata, “Sobranie KSSS Caster”in isə 3.90 manatdan manata qədər bahalaşıb.

Winchester KSSS”,“Pall Mall Miamı Sunset” siqaret markalarının hər biri 2.50 manatdan 2.60 manata qədər qiymət artımı yaşayıb.

Azərbaycanda yerli siqaret istehsal edən “Tabaterra” QSC-nin məhsularında da bahalaşma müşahidə edilib. Belə ki, “Argo KS Blue”nin qiyməti 1.8 manatdan 1.9 manata qədər, “Cahan Tabacco İnternational”ın “Want Line-X Red” siqareti isə 2.30 manatdan 2.40 manata qədər bahalaşıb.

Hər iki yerli şirkətə Banker.az tərəfindən baş vermiş bahalaşmanın səbəbi ilə bağlı rəsmi sorğu göndərilib.

 Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET