18:14 17.12.2021
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 925 910,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 6,2% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 986 801,1 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərindən 80 412,6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında taksi xidmətlərindən 40 129,3 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.