preloader gif

Sığorta üzrə müstəqil eksperti necə müəyyən etmək mümkündür?

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:41 28.06.2021

Sığortaçı tərəfindən əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün cəlb edilməsi təklif edilən ekspertin sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrinə daxil olan müstəqil ekspert olduğunu necə müəyyən etmək mümkündür?

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən aparılır. Bununla əlaqədar. //www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə klikləməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET