preloader gif

İcbari avtomobil sığortası üzrə zərərin əvəzi nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsi olan şəxsə pul şəklində ödənilə bilərmi?

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:14 25.06.2021

İcbari avtomobil (sahibinin mülki məsuliyyəti) sığortası üzrə zərərin əvəzi nəqliyyat vasitəsini idarə etməyə etibarnaməsi olan şəxsə pul şəklində ödənilə bilərmi?

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Lakin əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, belə şəxsə pul şəklində sığorta ödənişi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.4-cü maddəsinə əsasən yalnız həmin şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda mümkündür.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET