preloader gif

Azərbaycanın sığorta şirkəti ləğv olundu


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:32 17.06.2021

"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edir. 

Kreditorlar iki ay ərzində tələblərini AZE1141 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 79 ünvanına bildirə bilərlər.

Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir. Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilmişdir..

Lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET