preloader gif

Sığorta bazarında durğunluq davam edir – durum ağırlaşıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
11:10 01.04.2021

Yanvarda sığorta şirkətləri 104 min manat həcmində sığorta haqqı yığıb, 56 min manatlıq ödəniş həyata keçirilib.

Sığorta növlərindəki aktivliyə gəlincə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında da, daşınmaz əmlakın icbari sığortasında aktivlik müşahidə olunub. Könüllü sığortalarda isə azalma var.

Banker.az xəbər verir ki, sığorta eksperti Əli Bayramov yerli sığorta bazarında mövcud geriləməni sığorta aktı agentliklərinin sayının az olması və satış keyfiyyəti ilə əlaqələndirir.

O, bildirib ki, bunu aradan qaldırmaq üçün ayrı- ayrı məhsullarının satışını həyata keçirdəcək sığorta Agentlərinin sayını artırmaq lazımdır. Eyni zamanda mövcud sığorta agentlərinin satıcılarının keyfiyyətini qaldırmaq lazımdır.

“Əslində istək odur ki, sığortaçılarımız primitiv sığorta məhsullarının satışı ilə məşğul olmasınlar.

Bu qədər əlavə könüllü əsaslı sığorta növləri var ki, tutalım deyək mövcud vəziyyətə uyğun şəkildə 2/1 sığortalarının könüllü sığortasını sata bilərlər. 2\1 təhlükə artıq böyük bizneslər üçün çox böyük təhlükəyə çevrilib”- deyə o, bildirib.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET