preloader gif

"Xalq Həyat Sığorta" ötən ili mənfəətlə başa vurub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
11:10 30.03.2021

“Xalq Həyat Sığorta" ASC 2020-ci ili 201 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 1,109 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 3,032 milyon manat (illik müqayisədə 3,2 dəfə çox), xərcləri isə 2,831 milyon manat (38,5% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 17,164 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 31,4% artaraq 3,102 milyon manata, balans kapitalı isə 1,45% artaraq 14,061 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

 


Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET