10:56 30.03.2021
Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə mal-qaranın sığortası prosesi davam edir. Hazırda aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inəkləri sığortalamaq mümkündür. Aqrar sığorta şərtlərinə əsasən, inəklərin sığortası üzrə iki sığorta zərfi mövcuddur. Bunlar baza risklərini əhatə edən 1-ci və daha geniş riskləri əhatə edən 2-ci sığorta zərfləridir.
Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür. Müqavilənin müddəti artdıqca, illik sığorta tarifi və sığorta haqqı aşağı düşür.
Birinci sığorta zərfinə aşağıdakı risklər aiddir:
Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:
|
Şərtsiz azadolma məbləği |
10% |
20% |
|
1 illik |
6.1% |
5.4% |
|
2 illik |
11.8% |
10.5% |
|
3 illik |
17.2% |
15.2% |
Daha sadə desək, qiyməti 5 000 manat olan inək baza sığorta zərfi (6,1%) ilə sığortalananda
1 illik müqavilədə - illik sığorta haqqı 305 manat, fermerin ödədiyi məbləğ 162,5 manat,
2 illik müqavilədə - illik sığorta haqqı 295 manat, fermerin ödədiyi məbləğ 147,5 manat,
3 illik müqavilədə - illik sığorta haqqı 287 manat, fermerin ödədiyi məbləğ 143,5 manat təşkil edir.
İnəklərin sığortalanması üçün 2-ci sığopta zərfi isə yuxarıda göstərilənlərdən əlavə olaraq aşağıdakı riskləri əhatə edir:
Başqa sözlə, daha geniş riskləri əhatə edən ikinci paket üzrə sığorta tarifləri aşağıdakı kimidir:
|
Şərtsiz azadolma məbləği |
10% |
20% |
|
1 illik |
9.5% |
8.3% |
|
2 illik |
18.4% |
16.1% |
|
3 illik |
26.8% |
23.4% |
Sadə şəkildə desək, 5000 manatlıq inək daha geniş sığorta zərfi (sığorta haqqı 9,5%)ilə sığortalananda
1 illik müqavilədə illik ümumi sığorta haqqı 475 manat, fermerin ödədiyi məbləğ 237,5 manat,
2 illik müqavilədə illik sığorta haqqı 460 manat, fermerin ödədiyi məbləğ 230 manat,
3 illik müqavilədə illik sığorta haqqı 446 manat, fermerin ödədiyi məbləğ 223 manat təşkil edir.
Qeyd edək ki, hazırda qanunvericiliyə dəyişikliklər üzərində təkliflər hazırlanır və qarşıdakı aylarda ətlik mal-qaranın, eləcə də xırdabuynuzlu heyvanların – qoyunların və keçilərin də sığortalanmasına başlanılması nəzərdə tutulur.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.